Milətlər Liqasının qalibi müəyyənləşdi

Futbol üzrə Millətlər Liqasının qalibi məlum olub.

Sportline.az xəbər verir ki, Xorvatiya- İspaniya finalında qalib penaltilər seriyasında müəyyənləşib.

Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında ispanlar 5:4 hesabı ilə qələbə qazanıblar.

İspaniya millisi ilk dəfə turnirin qalibi olub. Daha əvvəl Millətlər Liqasının qalibi Portuqaliya (2019) və Fransa (2021) olmuşdu.

Növbəti Millətlər Liqasının 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər keçirilməsi planlaşdırılır.