Millətlər Liqası: “Dördlər finalı”nın püşkü atıldı

UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkü atılıb.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal cütləri bəlli olub.

İspaniya İtaliya ilə, Niderland Xorvatiya ilə üz-üzə gələcək.

"Dördlər finalı" 14-18 iyunda Niderlandın Rotterdam və Enshede şəhərlərində təşkil olunacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü baş tutacaq.