Millətlər Liqası: İspaniya finalda

Bu gün UEFA Millətlər Liqasının "Dördlər finalı"nda ikinci finalçı müəyyənləşib.

Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinin növbəti oyununda İspaniya və İtaliya milliləri üz-üzə gəliblər. Niderlandın "Tvente" stadionunda keçirilən görüş İspaniyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İspaniya millisi finala adlayıb. 

Qeyd edək ki, Xorvatiya dünən Niderlanda 4:2 hesabı ilə qalib gələrək turnirin finalına yüksəlib. Həlledici matçda iyunun 18-də Xorvatiya İspaniya ilə qarşılaşacaq. 3-cü yer uğrunda isə Niderland İtaliya ilə üz-üzə gələcək.

15 iyun

"Dördlər finalı", yarımfinal

22:45. İspaniya - İtaliya - 2:1

Qollar: Pino, 3, Xoselu, 88 - İmmobile, 11-pen.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Tvente" stadionu

14 iyun

22:45. Niderland - Xorvatiya - 2:4