Millinin heyəti açıqlandı

DÇ-2024-ün elit-raun mərhələsində oktyabrın 6-da Bakıda, 5 gün sonra Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. 

Sporltine.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, oktyabrın 2-dən etibarən təlim-məşq toplanışına başlayacaq yığmamızın baş məşqçisi Vitali Borisov 14 futzalçıya dəvət göndərib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Murad Quluzadə (“Baku Fire”), Maneka (“A Studio Futsal Nyiregyhaza”, Macarıstan), Qabriel Bastos (“Doukas”, Yunanıstan)