Azərbaycan Kubokunda yarımfinal mərhələsinin proqramı müəyyənləşib

Futzal üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin proqramı müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu raundun hər iki görüşü aprelin 25-də Bakı İdman Sarayında keçiriləcək.

Əvvəlcə saat 15:00-da “Neftçi” İK ilə “Baku Fire” meydana çıxacaqlar. Bundan 3 saat sonra isə “Araz-Naxçıvan” – PFL matçı baş tutacaq.