Olimpiadanın fəsadları: otel qiymətlərində fantastik artım

2024-cü ildə Fransanın paytaxtında keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində otel otaqlarının kirayəsi 3,5 dəfədən çox artıb .

Sportline.az xəbər verir ki, Paris Olimpiadası zamanı daha sərfəli yaşayış variantlarının orta qiyməti 500-600 dollar olacaq. Əvvəllər eyni məbləğə üstün xidmətlərdən istifadə etmək olurdu.

Paris Olimpiadası iyulun 26-dan avqustun 16-dək keçiriləcək.