Poqba "Mançester Yunayted"dən getmək istəyir

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba özünə yeni iş yeri axtarır. SportLine.az "Daily Mirror"a istinadən xəbər verir ki, artıq futbolçunun meneceri onu bir neçə kluba təklif edib.

Qeyd edək ki, P.Poqba UEFA Çempionlar Liqasının 1/8 final mərhələs çərçivəsində ötən gün keçirilən "Sevilya" ilə görüşə ehtiyat oyunçular skamyasında başlayıb və Ander Herreranın zədələnməsindən sonra meydana daxil olub.

Xatırladaq ki, Madrid "Real"ı fransalı futbolçunun xidmətində maraqldır. Onun yay transfer pəncərəsində İspaniyaya köçəcəyi istisna olunmur.