"Qalatasaray"dan darmadağın

Türkiyə Super Liqasında 5-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Liderlik mövqeyində qərarlaşan iki komanda - "Qalatasaray" və "Kasımpaşa" münasibətləri İstanbulda aydınlaşdırıb. Görüş "cim-bom"un qələbəsi ilə yekunlaşıb - 4:1.

Bu nəticə ilə "Qalatasaray" zirvəyə yüksəlib. Onunla eyni xalı olan "Kasımpaşa" ikincidir.

Standings provided by Sofascore LiveScore