Rafael Ağayev 13-cü dəfə Avropa çempionudur

Təcrübəli karateçimiz Rafael Ağayev növbəti Avropa çempionatında da öz çəkisinin (75 kq) lideri olduğunu sübut edib. SportLine.az bu gün keçirilən final qarşılaşmasında türkiyəli Ərman Əltəmura da qalib gələn (4-0 )Rafael 13-cü dəfə Avropa çempionu adına layiq görülüb.

İrina Zaretska, Fəridə Abiyeva, İlahə Qasımova və Nuranə Əliyevadan ibarət seçməmiz də tarixində ilk dəfə komanda yarışlarında Avropa çempionatının finalına yüksəlib. Sabah keçiriləcək həlledici görüşdə komandamızın rəqibi Xorvatiya seçməsidir.