Rafael Nadal qərarını açıqladı

Dünya tennisinin əfsanələrindən sayılan Rafael Nadal karyerası ilə bağlı qərarını açıqlayıb.

Sportline.az xəbər verir ki, "Böyük dəbilqə" seriyalı turnirlərin 22 qat qalibi Madriddəki "Masters" turnirində çıxışından bəhs edərkən "Burada iştirak məndə həmişə müsbət emosiya yaradıb. Səbirsizliklə korta çıxmağımı gözləyirəm.

100 faiz hazır olmasam da, Madriddə mübarizə aparmaqdan zövq alacağam. Çox güman ki, bu, mənim buradakı son çıxışım olacaq", - deyib.

İspaniyalı idmançı mətbuat konfransındakı çıxışında həmçinin Madrid turnirinin onun karyerasında xüsusi yer tutduğunu da vurğulayıb.