"Real"ın yeni baş məşqçisi rəsmiləşdi

"Real"ın yeni baş məşqçisi müəyyənləşib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, Xulen Lopeteqi komandaya rəhbər təyin olunub. 52 yaşlı mütəxəssislə 3 il müddətinə razılığa gəlinib. 

X.Lopeteqi Zinəddin Zidanı əvəzləyib.

Qeyd edək ki, X.Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır. O, Dünya çempionatının ardından "kral klubu"nda baş məşqçi vəzifəsini icra etməyə başlayacaq.