Səudiyyə Ərəbistanında martın ən yaxşı futbolçusu seçilib

Səudiyyə Ərəbistanı Pro Liqasında mart ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Sportline.az Pro Liqanın mətbuat xidmətinə əsasən xəbər verir ki, bu ada “Əl Nəssr”in hücumçusu Kriştianu Ronaldu layiq görülüb.

Portuqaliyalı super ulduz mart ayında komandası ilə çıxdığı 3 görüşdə 4 dəfə fərqlənməyi bacarıb.

Ümumillikdə isə Ronaldunun bu mövsüm liqada 23 oyundan sonra aktivində 26 qol, 9  məhsuldar ötürmə var.

Qeyd edək ki, “Əl Nəssr” 25 turdan sonra 59 xalla ikinci pillədə qərarlaşır. Lider “Əl Hilal”ın 71 xalı var.