Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq - Qurban Qurbanov

“İlk oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. İlk dəqiqələrdən rəqib pressinq edəcək və bu oyunda daha çox güc sərf etməliyik". SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kopenhagen"lə görüşdən öncə keçirilən mətbuat konfransında deyib.

UEFA Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşü çərçivəsində Danimarka çempionunun qonağı olacaq "köhlən atlar" tarixi fürsəti qaçırmamağa çalışacaqlar.

"Rəqib azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacacaq, biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”, - deyən Q.Qurbanov da komandasına inanır.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.