Stolüstü tennisçimiz Belçikada medal qazanıb

Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində mükafatçılar sırasına yüksəlib.

Sportline.az-a ASTF-dən verilən məlumata görə, seçmə komandamızın üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın qrup mərhələsində Fransa, Belçika, Portuqaliya və Ukrayna idmançılarına 3-0 hesabı ilə qalib gələrək pley-offa lider kimi adlayıb.

1/8 finalda belçikalı Noa Varranda 3-1, ardınca ispaniyalı Ladimir Mayorova 3-2 hesabı ilə qalib gələn Onur yarımfinalda fransalı Nolan Constona 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalı ilə kifayətlənib.

Qeyd edək ki, bu, istedadlı idmançının cari ildə beynəlxalq yarışlarda qazandığı 6-cı mükafatdır.