Süleymanovdan maraqlı açıqlama

Moskva "Lokomotiv"inin hücumçusu Timur Süleymanov "Pari NN" komandasına vurduğu qola görə sevinməməsinin səbəbini açıqlayıb.

Sportline.az championat.com-a istinadla xəbər verir ki, o, sabiq komandasına qarşı görüşdə buna hazır olduğunu bildirib.

"Qolu qeyd etməyəcəyimi əvvəlcədən bilirdim. Yenidən fərqlənmək üçün topu götürüb mərkəzə qaçmaq lazım idi. Xoşbəxtlikdən buna nail olduq", - deyə Süleymanov mövzuyla bağlı sualı cavablandırıb.

Qeyd edək ki, Rusiya Premyer Liqasının 21-ci turunun görüşü "Lokomotiv"in 2-3 hesablı qələbəsi ilə başa çatıb.