“Sumqayıt”ın əvəzediciləri 4 yoxlama oyunu keçirəcək

2018/2019 mövsümü üçün hazırlıqlarını davam etdirən "Sumqayıt” klubunun əvəzedici komandası təlim-məşq toplanışının 2-ci mərhələsinə start verib.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri gündə 2 dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlıqlarını davam etdirir. 2-ci mərhələdə komanda 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Əvəzedicilər 18, 21, 25 iyul və 1 avqust tarixlərində müvafiq olaraq Region Liqası təmsilçisi "Tufan” ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, "Səbail” ilə "Bayıl Arena”da, "Keşlə” ilə "İnter Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq.

Bütün qarşılaşmalar saat 18:00-da start götürəcək.