"Vüqar Həşimov Memorial-2023"ün qalibi müəyyənləşib

İlk dəfə Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirinə yekun vurulub.

Turnirin mətbuat xidmətindən Sportlin.az-a verilən məlumata görə, Heydər Əliyev Konqres Mərkəzində şahmatçılar bu gün 18 blits partiyada mübarizə aparıb.

İlk gedişi Vüqar Həşimovun ailə üzvləri Ayxan Həşimov və Xanlar Allahverdiyev edib.

Rapid və blits yarışının yekun nəticəsində ümumilikdə 22 xal toplayan Hindistan təmsilçisi Vidit Santoş Qujrati turnirin qalibi adını qazanıb.