“Vüqar Həşimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

Sayca 9-cu dəfə keçiriləcək şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın loqosu Bakının mərkəzində nümayiş etdirilir. Turnirin mətbuat xidməti xəbər verir ki, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində - “Alov qüllələri”ndə əks olunur.

Sportline.az xəbər verir ki, turnirin loqosunu paytaxt sakinləri axşam saatlarında dekabrın 12-dək izləyə biləcəklər.

Qeyd edək ki, bu il yarış ilk dəfə Qəbələdə baş tutacaq. Turnirin açılış mərasimi dekabrın 8-də Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək.