Azərbaycan çempionatında III turun oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün III turun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

“Milli Aviasiya Akademiyası” - “Abşeron” görüşü saat 15:00-da start götürəcək.

İki saat sonra "Murov Az Terminal” “Gəncə” ilə, UNEC "Azərreyl"lə üz-üzə gələcək.

Qeyd edək ki, iki turdan sonra "Abşeron" 6 xalla liderdir. İkinci sıradakı "Azərreyl"in 5, üçüncü mövqedəki "Murov Az Terminal"ın 4 xalı var. "Milli Aviasiya Akademiyası" 2 xalla dördüncü, "Gəncə" 1 xalla beşincidir. Xalı olmayan UNEC sonuncu pillədə qərarlaşıb.