“Real”a ildə ən azı 300 milyon gəlir gətirir
Planetin ən titullu futbol klubu “Real” məşhur “Santyaqo Bernabeu” arenası sayəsində ötən mövsüm 307 milyon avro qazanıb. Bu il isə "Kral klubu" 354 milyon, orta hesabla hər oyundan 10 milyon gəlir gözləyir.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, “Kral klubu”nun ev stadionunun gəlirinə aşağıdakılar daxildir: oyun günlərindəki gəlirlər, ekskursiyalardan və digər tədbirlərdən əldə olunan gəlirlər. Orta hesabla, “Real”ın kassasına hər oyunda 10 milyon avro daxil olur.
Məsələn, ötən mövsüm "Kral klubu" “Santyaqo Bernabeu”da 25 oyun keçirib və stadionun ümumi gəliri 248 milyon avro olub.