"Spartak"ın futbolçusu "Fənərbaxça"ya keçidə razılıq verdi
Moskva "Spartak"ının yarımmüdafiəçisi İvelin Popov karyerasının Türkiyədə davam etdirəcək. Sportline.az sports.ru-ya istinadən xəbər verir ki, bolqarıstanlı futbolçu "Fənərbaxça"nın təklifinə razılığını bildirib. Yaxın günlərdə İstanbul klubunun rəsmiləri 29 yaşlı Popovun transferi ilə bağlı moskvalılarla danışıqlara başlayacaqlar.