"Toronto Reptors" Brunni Ceymslə maraqlanır
"Toronto Reptors" Lebron Ceymsin oğlu Brunni Ceymsin keçdində maraqlıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, NBA-da mübarizə aparan komanda 19 yaşlı basketbolçunu heyətinə qatmaq istəyir.
Brunni Ceyms ötən mövsüm ürəyində yaranan problemə görə çıxış etdiyi Kaliforniya universitetinin komandasında forma geyinmə şansı əldə etməmişdi. Bu mövsüm yenidən meydanlara qayıdan gənc basketbolçu 17 görüşdə 5,7 xal ortalaması əldə edib.
Qeyd edək ki, "Los Ancels Leykers"in basketbolçusu Lebron Ceyms karyerasını oğku ilə eyni komandada oynayaraq bitirmək istədiyini demişdi.