18 yaşlı futbolçu üçün 100 milyon

Növbəti mövsüm İngiltərə Premyer Liqasında çempionluğu hədəfləyən "Arsenal" heyətini gücləndirmək niyyətindədir.

SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, "topçular" "Monako"nun gənc ulduzu - Kilian Mbappenin xidmətində maraqlıdır. Artıq knyazlıq klubuna rəsmi təklif də ünvanlanıb. Məlumata əsasən, London təmsilçisi 18 yaşlı futbolçunun keçidi üçün 100 milyon avro təklif edib. 

"Monako"nun yaxın günlərdə təklifə cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, K.Mbappe cari mövsüm 26 dəfə rəqib qapısına yol tapıb.