"Qalatasaray"ın Kamavinqa israrı davam edir

“Qalatasaray” “Real Madrid”in futbolçusu Eduardo Kamavinqanı heyətinə qatmaq üçün səylərini intensivləşdirib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun mümkün keçidi ilə bağlı “Real Madrid” rəsmiləri ilə görüşüb. Tərəflər arasında Kamavinqanın icarəyə götürülməsi variantının da müzakirə edildiyi bildirilir.

Qeyd edək ki, “Qalatasaray” bundan əvvəl Kamavinqa üçün “Real Madrid”ə 35 milyon avro təklif etmişdi. “Foot Mercato”nun məlumatına görə, İspaniya klubu bu məbləği qənaətbəxş hesab etməyib.