"Liverpul"u "Çelsi"yə dəyişə bilər
"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister karyerasını "Çelsi"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, London klubu argentinalı futbolçunu gələn ilin yayında heyətinə qatmaq istəyir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Mak Allisterin dəyəri 70 milyon avrodur.