2 faizlik fərq Mahiri mükafatdan etdi

Mahir Emreli "Legiya"nın Avropa Liqasındakı son matçında "ən yaxşı oyunçu" üçün ayrılan titulu qazana bilməyib. 

Sportline.az xəbər verir ki, Varşava klubu hər oyundan sonra sponsoru "Plus500" tərəfindən ayrılan mükafatın qalibi üçün səsvermə keçirir. 

Praqa təmsilçisi ilə oyun üçün dörd futbolçunun namizədliyi irəli sürülmüşdü: Maik Navroski, Mateuş Viteska, Andre Martins və Mahir Emreli. Azarkeşlər arasında aparılan sorğuda qalib adı uğrunda mübarizə daha çox Mahir Emreli və Maik Navroski arasında gedib. Nəticədə 2 faiz fərqlə gənc müdafiəçi "Plus500 titulu"na sahib çıxıb. 

Qeyd edək ki, Navroski Praqadakı oyunda iki asistlə yadda qalmış, Emreli komandasının ilk qoluna imza atmışdı.