2030-cu il Mundialı iki ölkədə təşkil oluna bilər
2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına iki ölkə ev sahibliyi edə bilər. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, Mundialın 100 illik yubileyinə təsadüf edəcək çempionatı Uruqvay və Argentina birgə təşkil etmək niyyətindədir.
Bu barədə açıqlama verən Argentina prezidenti Maurisio Masri, "Yubiley çempionatının keçirilməsi üçün ən yaxşı yer Cənubi Amerikadır. Çünki ilk dəfə də Mundial burada təşkil edilib", - deyib.
Qeyd edək ki, 1930-cu ildə ilk dəfə keçirilən dünya çempionatı Uruqvayda təşkil olunub ev sahbliyi edib. Həmin vaxt finalda meydan sahibləri Argentina millisindən güclü olublar.