29 yaşlı məşqçi Ançelotti və Tuxeli qabaqladı
"Bundesliqa"da ötən ilin ən yaxşı məşqçisinin adı açıqlanıb. SportLine.az xəbər verir ki, "Hoffenhaym"ın 29 yaşlı çalışdırıcısı - Yulian Naqelsmann 2016-cı ilin ən yaxşısı adına layiq görülüb. O, "Bavariya"nın baş məşqçisi Karlo Ançelottini və Dortmund "Borussiya"sının çalışdırıcısı Tomas Tuxeli qabaqlayıb.
Qeyd edək ki, hazırda 4-cü pillədə qərarlaşan "Hoffenhaym" növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək imkanlarını qoruyur.