3 futbolçu Arsen Vengerin hədəfində
"Arsenal"la müqavilə yenilədikdən sonra Arsen Venger növbəti mövsüm üçün hədəflərini açıqlayıb.
SportLine.az "Daily Mirror"a istinadən xəbər verir ki, Premyer Liqada çempionluq niyyətində olan fransalı mütəxəssis qısa müddətdə üç futbolçunu "topçular"ın heyətində görməyi arzu edir. Bunlar, Karlos Bakka ("Milan"), Riyad Mahrez ("Lester") və Tomas Lemardır ("Monako").
Məlumata görə, rəhbərlik bu futbolçuların transferi üçün əlindən gələni edəcəyi barədə A.Vengerə söz verib.
Xatırladaq ki, yeni müqaviləyə görə, mütəxəssis 2019-cu ilin yayınadək "Arsenal"da işləyəcək.