“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda
“Sabah” klubunun UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Artıq UEFA rəsmi saytında Liqa mərhələsindəki 4 oyunun bu arenada olacağını təsdiqləyib.
“Sabah”ın ev oyunlarının təqvimi
2-ci tur, 13 oktyabr
20:45. "Sabah" - "Slaviya" (Çexiya)
3-cü tur, 20 oktyabr
20:45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)
5-ci tur, 25 noyabr
21:45. "Sabah" - "Barselona" (İspaniya)
7-ci tur, 20 yanvar
21:45. "Sabah" - "Napoli" (İtaliya)
Xatırladaq ki, Liqa mərhələsində “Sabah” səfər oyunlarında isə “Mançester Yunayted" (10 noyabr), “Vikinq” (4 noyabr), “Vilyarreal” (8 dekabr) və “Arsenal”la (27 yanvar) qarşılaşacaq.