38 yaşlı ulduz futbolçu ilə yeni müqavilə imzalandı
Şimali Makedoniya millisindəki karyerasını başa vuran Qoran Pandev "Cenoa" ilə yeni müqavilə imzalayıb.
Sportline.az İtaliya klubunun saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu ilə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, Pandev ötən mövsüm meydana çıxdığı 30 matçda 7 qol vurub, 3 qolun ötürməsini verib.