39 yaşlı idmançı 104 milyonluq müqavilə bağlayacaq
"Los-Anceles Leykers"in hücumçusu Lebron Ceyms klubla müqaviləsinin müddətini uzadacaq.
Sportline.az xəbər verir ki, 39 yaşlı basketbolçu ilə yeni iki illik anlaşma əldə edilib.
Bu haqda "ESPN"-in jurnalisti Edrian Vocnarovski məlumat yayıb.
Müqavilənin şərtlərinə əsasən Lebron 104 milyon dollar qazanacaq.
Qeyd edək ki, təcrübəli basketbolçu son mövsümdə çıxdığı 71 oyunda orta hesabla 25,7 xal, 7,3 ribaund və 8,3 məhsuldar ötürmə ilə yadda qalıb.