53 il sonra avrokuboklarda
"Sanderlend" İngiltərə Premyer Liqanın son oyununda "Çelsi"ni 2:1 hesabı ilə məğlub edib.
Sportline.az xəbər verir ki, bu qələbə sayəsində "Sanderlend" liqa cədvəlində 7-ci yerdə qərarlaşıb. Beləliklə, komanda 53 ildən sonra ilk dəfə Avropa yarışlarında oynayacaq.
"Sanderlend"in son beynəlxalq oyunu 1973/74 mövsümündə baş tutub. Həmin vaxt onlar FA Kubokunu qazandıqdan sonra Avropa yarışlarında iştirak etmişdilər.
Maraqlıdır ki, cari mövsüm klubun Çempionşipdən Premyer Liqaya qayıtmasından bəri ilk mövsümü idi.