7 avarçəkənimiz "Mingəçevir reqatası-2024”-də medal qazandı
Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirində ilk günün yarışları davam edir.
Sportline.az xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan reqatanın ilk günündə komandamız 7 medal qazanıb.
Cavid Vəlizadə 1 nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların 1000 m məsafədə mübarizəsində üçüncü yer tutub.
Amil Ramazanov 2006-2007 təvəllüdlü idmançıların 500 m məsafəyə kayak üzrə mübarizəsində birinci olub.
Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütlüyü bürünc mükafat əldə edib.
2006-2007 təvəllüdlü idmançıların 1500 m məsafəyə akademik avarçəkmə üzrə mübarizədə Nurlan Paşayev qızıl, Cagangir Məmmədli gümüş, Məhəmməd Niftullayev bürünc medal qazanıb.