70 milyon dollarlıq müqavilə

"Finiks Sans" komandasının basketbolçusu Qreyson Allen klubla yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, hücumameylli müdafiəçi 70 milyon dollar müqabilində 4 illik anlaşmaya imza atıb.

Bu hqda ESPN məlumat yayıb.

28 yaşlı basketbolçunun hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.

Allen müntəzəm çempionatda komandasının ən yaxşı basketbolçularından biri kimi yadda qalacaq. 

O, orta hesabla hər oyunda 13, 5 xal, 3, 9 ribaund və 3 asist müəllifi olub.