A Seriya: "Milan" qələbəni əldən verdi

İtaliya "A Seriya"sında 21-ci turun oyunları start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 

"Empoli"nin qonağı olan "Milan" hesabda öndə olsa da, üstünlüyü əldən verib. Günün digər oyununda isə "Frozinone" və "Atalanta" komandaları qolsuz heç-heçəyə razılaşıblar.

23 yanvar 2016
"A Seriya", 21-ci tur

"Frozinone" - "Atalanta" - 0:0

"Empoli" - "Milan" - 2:2
Qollar:
 Bakka, 8 (0:1), Zielinski, 32 (1:1), Bonaventura, 48 (1:2), Makkarone, 61 (2:2)