A Seriyasında ayın məşqçisi bəlli oldu
“Frosinone”nin baş məşqçisi Massimiliano Alvini A Seriyada ayın ən yaxşı məşqçisi seçilib.
Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis avqust və sentyabr aylarını əhatə edən dövr üzrə bu mükafata layiq görülüb. “Frosinone” mövsümə uğurlu start verərək diqqət çəkib.
Alvini komandanın nəticələrindəki roluna görə A Seriya tərəfindən fərqləndirilib.