ABŞ-li basketbolçu "Fənərbağça"da qalır
"Fənərbağça" 29 yaşlı oyunçu Naycel Heyeslə müqavilə müddətini artırıb.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, hücumçu daha 3 il Türkiyə klubunun şərəfini qoruyacaq.
Heyes 2022-ci ildə "Barselona"dan "Fənərbağça"ya transfer olunmuşdu.
Oyunçu ötən mövsüm Avroliqada 33 oyunda 10.5 xal, 4.3 ribaund və 1.5 asist ortalaması ilə çıxış edib.
Qeyd edək ki, ABŞ-li basketolçu Avroliqa tarixində bir oyunda ən çox xal toplayan oyunçudur.O, bu nailiyyətə ötən mövsüm "Alba Berlin" qarşısında topladığı 50 xalla imza atıb.