ABŞ seçməsi Mundialdan vəsiqəni əldən verdi
DÇ-2018-in Şimali və Mərkəzi Amerika üzrə təsnifat mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, son turda keçirilən görüşlərdən sonra bütün suallara aydınlıq gəlib.
Mundiala yüksəlmək üçün gözəl imkanı olan ABŞ seçməsi, Trinidad və Tobaqoya uduzmaqla vəsiqəni əldən verib.
Əvəzində, Panama Dünya çempionatında iştirak hüququ qazanıb. Həmçinin, Meksika və Kosta-Rika da Mundialda çıxış edəcək. Honduras isə "pley-off"da azarkeşlərini sevindirməyə çalışacaq.
11 oktyabr 2017
DÇ-2018, təsnifat mərhələsi
KONKAKAF, 10-cu tur
Honduras - Meksika - 3:2
QOLLAR: Peralta, 17 (0:1); Elis, 34 (1:1); Vela, 39 (1:2); Oçoa, 54/a.q. (2:2); Kioto, 60 (3:2)
Panama - Kosta-Rika - 2:1
QOLLAR: Veneqas, 36 (0:1); Q.Torres, 53 (1:1); R.Torres, 88 (2:1)
Trinidad və Tobaqo - ABŞ - 2:1
QOLLAR: Qonzales, 17/a.q. (1:0); Cons, 37 (2:0); Pulişiç, 47 (2:1)