Vensan Abubakar Türkiyə klubunda
“Neftçi”nin sabiq futbolçusu Vensan Abubakar karyerasının yenidən Türkiyədə davam etdirəcək.
Sportline.az xəbər verir ki, 34 yaşlı hücumçu "Bodrumspor"la 1+1 illik müqavilə imzalayıb.
2025-ci ilin oktyabrından bu ilin may ayınadək “Neftçi”də oynayan futbolçu, “ağ-qaralar”ın heyətində 18 oyuna 9 qol vurmuşdu.
Qeyd edək ki, Türkiyə 1-ci liqasında yarışan "Bodrumspor" 2 xalla 17-ci pillədə qərarlaşıb.