Ad gününə görə Bakıya gəlmir

UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Roma" Bakıya Tottisiz gələcək. SportLine.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun ad günüdür. 

"Milan"ın sabiq müdafiəçisi Kaxa Kaladzenin təklifi ilə Gürcüstana yollanacaq Françesko İtaliya və Gürcüstan veteranları arasıda yoldaşlıq matçında iştirak edəcək.

Tiflisdə təşkil olunacaq matçda Maldini, Boban, Puyol, Şevçenko, Rivaldo, Albertini, Abbiati, Oddo, Kostakurta, Krespo, Luka Toni kimi futbolçuların çıxış edəcəyi gözlənilir.