Millinin baş məşqçisi "Sabahın ulduzları"nda

Elgiz Kərəmli "Sabahın Ulduzları" yarışını izləyib.

Sportline.az xəbər verir ki, futbol üzrə U-19 milli komandanın baş məşqçisi Elgiz Kərəmli Bayıl stadionunda olub.

O, BFF prezidenti Tahir Süleymanov və yarışların baş sponsoru, "Alpex" şirkətinin rəhbəri Sərdar Salmanzadə ilə birlikdə "Sabahın Ulduzları" turnirinə izləyib.

Daha sonra onlar  yarışların təşkili, mövcud şərait, uşaq futbolunun gələcəyi barədə fikir mübadiləsi aparıblar.