Adam Varton "Nyukasl"ın radarındadır
"Kristal Pelas"ın futbolçusu Adam Varton karyerasını "Nyukasl"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçinin dəyəri 70 milyon avrodur.
Qeyd edək ki, A.Vartonun London klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.