Adil Şükürov: "Futbolda dayanmaq olmaz"

“Zirə”nin baş məşqçisi Adil Şükürov "Qəbələ" ilə görüşdən sonra CBC Sport telekanalı vasitəsilə oyunla bağlı təəssüratlarını bölüşüb: “Bu gün aqressiv oynadıq. Bunun səbəbi istəkli olmağımız idi”.

SportLine.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti bu cür izah edib: “Məğlub olmaq istəmirdik. Amma ələ düşən qol imkanlarından da istifadə edə bilmədik. Liderlə qarşılaşırdıq və rəqib mövqeyinə layiq oyun göstərdi. Belə matçlarda ələ düşən şanslardan yararlanmaq lazımdı. Bunu edə bilmirsənsə, deməli, məşqlərdə daha çox işləmək lazımdı. Bu gün komandamız döyüşdü”.

“Qəbələ”nin yeganə qolundan bir neçə saniyə əvvəl Cavid Tağıyev rəqib futbolçu ilə mübarizədə yerə yıxılsa da, baş hakim Ömər Paşayev davam qərarı verib. Baş məşqçi isə bu hərəkətinə görə, futbolçusunu qınayıb: “Cavid Tağıyevin epizodunda biz də əvvəlcə kobudluq olduğunu düşündük. Amma oyunçularımızın bir anlıq diqqətsizliyi qapımıza qolun vurulmasına səbəb oldu. Bu gün bir daha gördülər ki, futbolda dayanmaq olmaz, son fitə qədər mübarizə aparmaq lazımdır”.

Banner