AFFA bu klubu çempionatdan uzaqlaşdırdı

AFFA "İstiqlal" klubunu Region Liqasından kənarlaşdırıb.

Sportline.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Ötən il dekabrın 28-də keçirilməli olan "İstiqlal" – "Sabirabad" oyunu meydan sahiblərinin təyin edilən vaxtda stadionda olmaması səbəbindən baş tutmayıb.

Nəticədə "İstiqlal" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın yarışdan kənarlaşdırılmasına qərar verilib.

Ötən il dekabrın 29-da AFFA Region Liqasında keçirilməli olan "Xocalı" - "Gəncə" görüşünün təkrar oynanılmasına qərar verilib. Buna səbəb hər iki komandanın oyun formasının eyni olduğuna görə matçın baş tutmamasıdır.