Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Rakov” Polşa çempionatının 7-ci turunda  öz meydanında “Motor”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Sportline.az xəbər verir ki, Mahir Emreli görüşə əsas heyətdə başlayıb. O, 87–ci dəqiqədə əvəzlənib. “Rakov”un qollarını 42-ci və 77-ci dəqiqələrdə Patrik Makuç vurub.

Bu, “Rakov”un cari mövsümdə Polşa çempionatında ilk qələbəsi olub.

Oyundan sonra komanda üzvləri qələbəni bayram ediblər. M.Emrelinin  sevinci isə xüsusən diqqət çəkib.