Premyer Liqada ayın oyunçusu müəyyənləşib
İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, bu mükafata “Çelsi” forması geyinən Joao Pedro sahib çıxıb.
Braziliya millisinin üzvü avqust ayında “zadəganlar”ın heyətində iştirak etdiyi 2 rəsmi matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Joao Pedro “Çelsi”yə 2025-ci ildə “Brayton”dan 64 milyon avroya transfer olunmuşdu.