Koutinyo Neymarla birgə çıxış edə bilər

"Liverpul" və "Barselona"nın sabiq futbolçusu Filippe Koutinyo karyerasını ölkəsində davam etdirə bilər.

Sportline.az xəbər verir ki, 34 yaşlı oyunçu Neymarın çıxış etdiyi "Santos" klubundan təklif alıb.

Bu haqda jurnalist Cahe Mota məlumat yayıb.

Qeyd edək ki, Koutinyo azad agent statusundadır.