Tibo Kurtua “Real Madrid"də qalacaq

Madrid “Real”ının qapıçısı Tibo Kurtua klubla müqaviləsini uzatmaq barədə razılığa gəlib.

Sportline.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 34 yaşlı belçikalının hazırkı müqaviləsi 2026/27 mövsümünün sonunda başa çatacaq. Yeni anlaşmaya əsasən, Kurtuanın sözləşməsi ən azı daha bir mövsüm uzadılacaq. 

Qeyd edək ki, Belçika millisinin üzvü 2018-ci ilin yayında “Çelsi”dən “Real”a keçib. Qolkiper Madrid təmsilçisinin heyətində 338 rəsmi matçda iştirak edib.