Yaya Ture Çempionlar Liqası tarixində ilk afrikalı məşqçidir

Slovakiya çempionu "Slovan"ın baş məşqçisi Yaya Ture Çempionlar Liqası tarixində ilk afrikalı məşqçi olub.

Sportline.az xəbər verir ki, Bratislava klubu Çempionlar Liqasının ilk turunda PSJ-yə 6:1 hesabı ilə məğlub olub.

Keçmiş Fil Dişi Sahili millisinin üzvü bu ilin iyul ayında "Slovan"ı çalışdırmağa başlayıb və üç illik müqavilə imzalayıb.